Nazir: "Azərbaycanda 1.3 milyondan çox adam əmək pensiyası alır"
Bizi izləyin

İqtisadi gündəm

Nazir: "Azərbaycanda 1.3 milyondan çox adam əmək pensiyası alır"

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti çərçivəsində “Azərbaycan Respublikasında pensiya təminatı sistemində islahatın həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin təqdimatı olub. Tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri və ölkəmizdəki səfiri Malena Mard, Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez, Fransa Milli Pensiya Fondunun şöbə müdiri Eliz Debiz, Litvanın ölkəmizdəki səfirliyinin nümayəndəsi, yerli və avropalı ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən S.Müslümov vurğulayıb ki, əhalinin sosial müdafiəsində prioritet istiqamət olaraq, vətəndaşın üzləşə biləcəyi sosial risklərin səmərəli idarə olunmasıdır:

“Məhz bu prinsipə uyğun şəkildə aparılan islahatlar nəticəsində 2006-cı ildən fəaliyyət göstərən pensiya sistemi gözlənilən uğurlu nəticələrini verib. Ötən 11 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması üzrə 9, sığorta hissəsinin indeksləşdirilməsi üzrə 11 olmaqla, 20 sərəncam imzalanıb. Nəticədə, qeyd olunan dövrdə əmək pensiyaları üzrə xərclər 5,9 dəfə, əmək pensiyasının baza hissəsi 4,4 dəfə artıb. Həmçinin əmək pensiyasının orta aylıq məbləğinin 6,4 dəfə artmasına, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə nisbətinin, yəni əvəzetmə əmsalının 28 faizdən 43 faizə yüksəlməsinə nail olunub. Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi üzrə inteqrə olunmuş göstərici 116 faiz təşkil edib. Bu gün ölkə əhalisinin 13,4 faizi, yəni 1 milyon 316 min nəfər əmək pensiyası ilə təmin edilib”.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm