MDB-yə ixrac azalıb
Bizi izləyin

İqtisadi gündəm

MDB-yə ixrac azalıb

MDB-yə ixrac azalıb

2014-cü ilin birinci rübündə xarici ölkələrlə 7,1 milyard ABŞ dolları məbləğində əmtəə mübadiləsi aparılıb.MBD ölkələrinə ixrac azalıb. Belə ki, MDB üzvü dövlətlərinə ixrac üzrə 0,2 milyon dollarlıq mənfi saldo yaranıb.

Publika.Az xəbər verir ki, onun 6,5 milyard dolları və ya 91,0 faizi uzaq xarici dövlətlərin, 642,4 milyon dolları MDB üzvü ölkələrinin payına düşüb. Keçən ilin birinci rübü ilə müqayisədə əmtəə dövriyyəsi müqayisəli qiymətlərlə 14,9 faiz, o cümlədən uzaq xarici ölkələrlə 13,2 faiz, MDB üzvü dövlətləri ilə isə 25,6 faiz azalıb.

Bu dövrdə ölkəmizdən 5,4 milyard dollar məbləğində və yaxud keçən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 13,0 faiz az mal göndərilib. İxrac olunmuş məhsulların 5,2 milyard dollarlığı (96,7 faizi) MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrə, 179,4 milyon dollarlığı isə MDB üzvü dövlətlərinə göndərilib.

Müqayisəli qiymətlərlə müvafiq olaraq 11,0 faiz və 46,4 faiz azalıb. Rüb ərzində ölkəmizə 1,7 milyard dollar məbləğində, o cümlədən MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrdən 1,3 milyard dollar, MDB üzvü ölkələrindən 463,0 milyon dollar həcmində mal idxal olunub.

Keçən ilin birinci rübü ilə müqayisədə MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrdən daxil olmuş əmtəənin məbləği müqayisəli qiymətlərlə 22,1 faiz, MDB üzvü dövlətlərindən gətirilmiş malların həcmi isə 17,5 faiz azalıb.

İxracın idxalı üstələməsi nəticəsində 3,7 milyard dollar məbləğində, o cümlədən MDB üzvü dövlətləri istisna olmaqla digər ölkələrlə əlaqələrdə 3,9 milyard dollarlıq müsbət, MDB üzvü dövlətləri ilə isə 0,2 milyon dollarlıq mənfi saldo yaranıb. Xarici ticarət əlaqələrinin 45,9 faizi Avropa İttifaqı ölkələri, 9,0 faizi MDB üzvü dövlətləri, 45,1 faizi digər ölkələrlə aparılıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm