Ölkədə orta aylıq əməkhaqqı nə qədərdir?
Bizi izləyin

İqtisadi gündəm

Ölkədə orta aylıq əməkhaqqı nə qədərdir?

Ölkədə orta aylıq əməkhaqqı 434 manatdır

2014-cü ilin dörd ayı ərzində əhalinin hər nəfərinə düşən gəlirləri 3,3 faiz artaraq 1290,7 manata çatıb.

Publika.Az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, onun 70,8 faizi son istehlaka, 8,7 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,1 faizi əmanətlərin və kapitalın artırılmasına sərf edilib.

Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-mart aylarında 6,6 faiz artaraq 434,3 manat olub.

Bununla yanaşı, sənaye, tikinti, rabitə, nəqliyyat, maliyyə və sığorta fəaliyyəti və bir sıra xidmət sahələrində çalışanların əmək haqqı daha yüksək təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm