• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Tikintiyə 5 milyard manata yaxın vəsait xərclənib

Tikintiyə 5 milyard manata yaxın vəsait xərclənib

Ölkədə inşaat işlərinin aparılması üçün maliyyələşmənin bütün mənbələrindən əsas kapitala 4,6 milyard manat vəsait xərclənib.

Publika.Az-ın məlumatına görə, əsas kapitala 2013-cü ilin yanvar-aprel aylarında olduğundan 8,6 faiz çox vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 3,2 milyard manatı və ya 68,9 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin 3,2 milyard manatı və ya 68,8 faizini daxili investisiyalar təşkil edib. Ötən ilki səviyyədən 3,5 faiz yüksək olub. Xarici mənbələrdən istifadə olunan investisiyanın həcmi isə 22,0 faiz artıb.

Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunan vəsait ötən illə müqayisədə 25,6 faiz artaraq 3,4 milyard manat təşkil edib. Cari ildə tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5322,7 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulub.

İlin əvvəlindən ötən dörd ay ərzində həmin vəsaitin 1728,7 milyon manatından istifadə edilib. Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilib.

Dörd ay ərzində 500,9 min kv.metr sahəsi olan yaşayış evləri, 1820 şagird yerlik ümumtəhsil məktəbləri, 430 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana tikilib.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR