İqtisadi gündəm
Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərləri Bakıda görüşəcək
İyulun 19-da Bakı şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərlərinin üçtərəfli yüksək səviyyəli görüşü keçiriləcək.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, həmin gün tədbir iştirakçıları öncə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.
Sonra Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində üçtərəfli yüksək səviyyəli görüş keçiriləcək.
Görüşün açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev, Gürcüstan Baş nazirinin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvili və Türkiyə Respublikasının gömrük və ticarət naziri Bülent Tüfenkcinin iştirakı nəzərdə tutulub.
Tədbirdə Bakı-Tbilisi-Qars dəmir yolu daşımaları çərçivəsində gömrük əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunacaq, “Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında gömrük məsələlərində üçtərəfli geniş əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair Birgə Bəyanat” qəbul ediləcək.
Bununla yanaşı, görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş”in imzalanması planlaşdırılıb.
Qeyd edək ki, bu görüşdən öncə, iyulun 18-də ekspertlərin üçtərəfli görüşü də təşkil olunacaq.
Azərbaycan, Gürcüstan və Türkiyənin gömrük və daxili işlər orqanları, eləcə də dəmir yolları üzrə mütəxəssislərinin iştirak edəcəyi toplantıda - Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə əlaqədar gömrük və sərhəd keçid prosedurlarını sürətləndirmək məqsədilə gömrüklə bağlı ilkin dəmir yolu məlumatlarının mübadiləsi, dəmir yolu ilə həyata keçirilən poçt əməliyyatlarına dair ilkin məlumatların mübadiləsi; dəmir yolu ilə beynəlxalq daşımalar zamanı gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması və digər məsələlərə baxılması nəzərdə tutulub.
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO