Beynəlxalq Valyuta Fondunun mərkəzi ofisi Çinə köçə bilər - ABŞ-ı çökdürəcək AÇIQLAMA
Bizi izləyin

İqtisadi gündəm

Beynəlxalq Valyuta Fondunun mərkəzi ofisi Çinə köçə bilər - ABŞ-ı çökdürəcək AÇIQLAMA

Beynəlxalq Valyuta Fondunun (İMF) rəhbəri Kristina Laqarde Qlobal İnkişaf Mərkəzinin Vaşinqtondakı tədbirində önəmli açıqlamalar verib.

Publika.az xəbər verir ki, o, Çinin və digər nəhəng dövlətlərin böyüməkdə olan bazarlarının inkişaf trendinin davam edəcəyi təqdirdə, yaxın gələcəkdə Valyuta Fondunun mərkəzinin Vaşinqtondan Pekinə köçürüləcəyini deyib.

BVF-nin qanunlarına görə, mərkəzi ofis fondun üzvləri arasında ən böyük iqtisadiyyata malik olan ölkədə yerləşdirilməlidir.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu qurulduğu ildən bu zamana qədər ABŞ-da yerləşib. Bu ölkənin BVF qərarlarına veto qoymaq haqqı mövcuddur. Eyni zamanda, ABŞ fondun idarə heyətində 16,5 söz haqqına sahibdir.

Fondun mərkəzinin Vaşinqtondan köçürülməsi bütün bu avantajların ABŞ-ın əlindən alınacağı anlamına gəlir. Bununla da ABŞ iqtisadiyyatı və valyutası ciddi böhrana məruz qalacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm