İqtisadi gündəm
SOCAR-ın Türkiyədə indiki və gələcək investisiyalarının həcmi açıqlandı
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki investisiyalarının ümumi həcmi 12,6 milyard dollara çatıb.
Publika.az bildirir ki, bunu Trend-ə - Azərbaycan mətbuatına verdiyi ilk müsahibəsində “SOCAR Turkey Energy” şirkətinin xarici əlaqələr üzrə rəhbəri Murat Lekompte deyib.
O qeyd edib ki, SOCAR Türkiyədə investisiyaları öz törəmə şirkəti - 2008-ci ildə “Petkim”in alınması ilə fəaliyyətə başlayan “SOCAR Turkey Energy” vasitəsilə həyata keçirir.
M.Lekompte vurğulayıb ki, "SOCAR Turkey"nin irimiqyaslı investisiya layihələri arasında “Petkim” külək elektrik stansiyası, STAR neft emalı zavodu, eləcə də TANAP yer alır və bu layihələrin 2018-ci ildə işə salınması gözlənilir:
“İnvestisiyaların ümumi həcmi 12,6 milyard dollara çatıb. Bu layihələrin başa çatmasından sonra investisiyaların 19,5 milyard dolları keçəcəyi nəzərdə tutulur. Bundan başqa, gündəlikdə ikinci neft-kimya kompleksinin tikintisi dayanır”.
Qeyd edək ki, “SOCAR Turkey Energy” Türkiyə iqtisadiyyatına sərmayə qoyan ən iri investorlardandır. 2018-ci ildə “SOCAR Turkey Energy”nin dövriyyəsinin 15 milyarda dollara çatacağı gözlənilir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...