“Qazprom” və “Rosneft” şirkətlərinin rəhbərləri SOCAR prezidenti ilə görüşdü
Bizi izləyin

İqtisadi gündəm

“Qazprom” və “Rosneft” şirkətlərinin rəhbərləri SOCAR prezidenti ilə görüşdü

Avqustun 21-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Qazprom” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Aleksey Millerlə, sonra isə “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşləri olub.
Publika.az Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, görüşlər zamanı SOCAR ilə “Qazprom” və “Rosneft” şirkətləri arasında qarşılıqlı əməkdaşlığın gələcək inkişaf məsələləri müzakirə edilib, ətraflı fikir mübadilələri aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm