Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar - SİYAHI
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar - SİYAHI

2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz artıb.

Trend-in məlumatına görə, cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,2 faiz artıb.

Ay ərzində mal və qoyun əti, balıq məhsulları, kolbasa məmulatları, pasterizə olunmamış üzlü süd, pendir, kərə və zeytun yağları, albalı, gilas, ərik, qarpız, çiyələk, kələm, göyərti, xiyar, pomidor, göy lobya, çuğundur, sarımsaq, qəhvə və çayın qiymətlərində artım, unun, manna və qarabaşaq yarması, makaron məmulatları, toyuq əti və yumurta, günəbaxan və qarğıdalı yağları, banan, alma, armud, alça, şaftalı, üzüm, badımcan, bibər, yerkökü, kartof, soğan, şəkər və şəkər tozu, tütün məmulatlarının qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Avqust ayında iyul ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parça, ayaqqabı, inşaat materialları, mebel və ev əşyaları, məişət cihazları, kiçik elektrik cihazları, minik avtomobilləri və onlar üçün ehtiyat hissələri, velosiped, dəftərxana ləvazimatı və zərgərlik məmulatlarının qiymətlərində artım, geyimin və telefon aparatlarının qiymətlərində isə azalma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay əvvəlki aya nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi xidməti, mənzillərin icarə haqqı, stomatoloji xidmətlər, avtomobillərin təmiri xidməti, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma və taksi nəqliyyatı xidmətləri, ödənişli ali təhsil haqqı, bərbərxana və kosmetik xidmətlərin qiymətlərində artım, respublikadan kənara istirahət turları, dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidməti, hotel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətinin qiymətlərində isə azalma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm