Bu il istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri 4 milyon manatdan çox olub
Bizi izləyin

İqtisadi gündəm

Bu il istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri 4 milyon manatdan çox olub

2017-ci ilin yanvar-avqust ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 4 milyon 431 min manat təşkil edib.

Publika.az bildirib ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin məhsulların 2 milyon 232 min manatı heyvandarlıq, 2 milyon 199 min manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,7 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,5 faiz, bitkiçilik məhsullarının istehsalı isə 0,9 faiz artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm