İqtisadi gündəm
Azərbaycana ən çox sərmayə qoyan ərəb ölkələri - SİYAHI
Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası Azərbaycan iqtisadiyyatına təqribən 1,3 milyard dollar sərmayə yatırıb.
Publika.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasının biznes-forumunda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, bu investisiyalar əsasən BƏƏ, Səudiyyə və Bəhreyn tərəfindən qoyulub:
"Eyni zamanda, Azərbaycan Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyatına təxminən 300 milyon dollar sərmayə yatırıb".
Ş.Mustafayev bildirib ki, Azərbaycanda təqribən Küveyt, Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanı kapitallı 280 şirkət fəaliyyət göstərir: "Azərbaycan investisiya qoyulması baxımından əlverişli ölkədir".
O əlavə edib ki, Azərbaycan və Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında əmtəə dövriyyəsi son illərdə artım nümayiş etdirsə də, yüksək səviyyədə deyil - cari ilin 8 ayı ərzində 40 milyon dollardan çox.
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək