"Kredit borclarının bir qismi dövlət tərəfindən ödənilsin" - Əli Məsimlidən TƏKLİF
Bizi izləyin

İqtisadi gündəm

"Kredit borclarının bir qismi dövlət tərəfindən ödənilsin" - Əli Məsimlidən TƏKLİF

"Kredit borcu olan vətəndaşaların cəzasının artırılması bu problemi həll etməyəcək".

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Əli Məsimli Cinayət Məcəlləsinə ediləcək dəyişiklikləri müzakirəsi zamanı deyib.

Millət vəkili qeyd edib ki, bu şəxslərə veriləcək cəzanın 3 ildən 4 ilə qaldırılması və ya 1 ilə endirilməsi təsirli olmayacaq:

“Çünki kredit borcu olanlar borclarını çoxdan ödəyiblər. Məhkəmələrin onlara qarşı müəyyən etdiyi cəza onların almadıqları borclarına görədir. Bu məbləğ elədir ki, vətəndaşların onu qaytarması mümkün deyil. Burada bir məsələyə diqqət çəkmək istəyirəm ki, 1 məhkumun bir günlük xərci bu gün 22 manat, 1 ayda 660 manatdır. Bu da orta aylıq əmək haqqından 1.3, dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdəki orta aylıq əmək haqqından 2.5 dəfə çoxdur”.

Millət vəkili bildirib ki, bir məhkumun 2 il xərci 16 min manat edir: “Üstəlik, bu zmana həmin şəxsin həyatı qırılır, nə də banklara ödəniş edə bilmir. Dövlət büdcəsinə də ziyan dəyir. 10 min belə məhkumun illlik xərci 80 milyon manatdır. Bu vəsaiti ipotekaya yönləndirə bilərik ki, ən azı 2 min ailənin mənzillə təminatı deməkdir. Hesab edirəm ki, dövlət bu məhkumlar üçün ayırdığı vəsaiti həmin şəxslərin borclarının müəyyən bir qismini ödəməyə və onların işlə təminatına yönəldə bilər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm