İqtisadi gündəm
Seçin azərbaycanlı milyarderin şirkətinə göz dikib?
Rusiyanın dövlət neft şirkəti "Rosneft"in prezidenti, Kremlin boz kardinalı İqor Seçin jurnalistlərin sualına cavab olaraq deyib ki, onun heç vaxt "Lukoil" şirkətini almaq niyyəti olmayıb. "Biz lap əvvəldən "Lukoil"un əldə olunmasına maraq göstərməmişik", - Seçin bu günlərdə Veronedə keçirilən Avrasiya iqtisadi forumu zamanı bildirib.
Virtualaz.org xatırladır ki, İqor Seçinlə "Lukoil" şirkətinin azərbaycanlı prezidenti, milyarder Vahid Ələkbərov arasında münasibətlər yaxşı deyil. Dəfələrlə Rusiya mətbuatında belə xəbərlər yayılıb ki, Seçin Ələkbərovun biznesinə göz dikib və "Lukoul"u əldə etməyə çalışır.
Lakin "Rosneft" prezidenti, Rusiyanın az qala ikinci ən qüdrətli adamı sayılan Seçin deyib ki, belə şaiyələri qəsdən yayırlar və məqsəd "Lukoil"un kapitallaşmasını yüksəltməkdir. "Müəyyən ajiotaj yaradılır ki, "Lukoil"un səhmlərinin dəyəri qalxsın", - o deyib.
Seçin "Rosneft"in "Lukoil"u almaq planları haqda şaiyələri şərh edərkən habelə məşhur sovet filmi "Qafqaz əsiri"indən də misal gətirib. "Sovet filmi "Qafqaz əsiri" yadınızdadır? Şuriki milis bölməsində dindirirlər, sonra o "çasovninin" dağıntıları haqda deyir: "Bağışlayın, "çasovni"ni də (qədimdə xristianların dua etməsi üçün tikilən, qurbangahı olmayan kiçik kilsə) mən dağıtmışam?"
Vahid Ələkbərovun "Rosneft"in "Lukoil"un səhmlərini almaq imkanının olmaması haqda dediklərinə gəldikdə isə Seçin bunun "oyunda iştirak etmək təklifi" kimi göründüyünü deyib.
Bundan əvvəl Vahid Ələkbərov "The Financial Times"ə müsahibəsində bildirmişdi ki, "Rosneft" onun şirkətini almaq üçün birtərəfli cəhdlər göstərməyəcək, çünki bunun üçün müvafiq mexanizm işlənib hazırlanıb. "Əgər biz özümüz satılmırıqsa almağın başqa mexanizmi yoxdur", - o deyib.
Seçinin sözlərinə görə bazarda həmişə bu cür şaiyələr yayılanda nəyə görəsə "Rosneft"in adını hallandırırlar. "Allah özün saxla, sən bizi bu işə qoşma", - Seçin ironiya ilə əlavə edib.
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO