İqtisadi gündəm
2018-ci ilin mayında büdcəyə yenidən baxıla bilər
"Biz niyə büdcədə neftin qiymətini 50 dollardan aşağı götürməliyik?"
Publika.az xəbər verir ki, bu sualı parlamentdə çıxışı zamanı millət vəkili Tahir Kərimli səsləndirib.
Deputat deyib ki, bütün beynəlxalq təşkilatların proqnozuna görə, neftin 1 bareli 50 dollardan aşağı olmayacaq:
“Niyə bizim hökumət qiymətin aşağı düşə biləcəyini düşünür? Əgər biz 48-50 dollardan götürsək, bu zaman büdcədə canlanma yaranacaq, gəlirlər artacaq. Büdcə kəsiri 778 milyon manatdır. Ancaq bundan narahat olmağa dəyməz. Hər il Əsrin Müqaviləsindən 450 milyon dollar və ya 765 milyon manat əlavə vəsait daxil olacaq ki, bu da büdcə kəsirini qaradan qaldırmağa imkan yaradacaq. Daxili və beynəlxalq borclara görə d narahat olmağa dəyməz”.
Millət vəkili daha sonra qeyd edib ki, maliyyə amnistisaysi elan olunmalıdır ki, bir çox şəxslər öz kapitallarını ölkəmizə qoysun.
Tahir Kərimli eyni zamanda təmsil etdiyi bölgənin problemlərindən də danışıb:
“Ağsu yeganə şəhər mərkəzidir ki, küçələ asfaltlanıb, elektrik problemi yoxdur. Ancaq bəzi kəndlərdə su problemi var. İsmayıllıda bəzi kəndlərdə yol problemi var. Ağsunun özündə 5 məktəbin təmirinə ehtiyac var”.
Millət vəkili həmçinin Taarif Şurasında nazirlərin şəxsən təmsil edilməsinin də önəminə diqqət çəkib:
“Mərkəzi Bankın sədri dedi ki, manat xarici şoklardan asılıdır. Mən çox narahatam. Taarif Şurası deyə bilərmi ki, yanacaq qalxacaq, ya yox? Çünki qalxsa, qiymət artımı baş verəcək. Həmkarlarım da çıxışlarında bu məsələyə görə narahat olduqlarını dedilər. Məncə, Taarif Şurasına ya nazirlərin özləri daxil olsun, ya da bu məsələyə hökumət nəzarət etsin”.
Spiker Oqtay Əsədov millət vəkilinin çıxışına münasibət bildirib:
“Biz hər birimiz öz seçicilərimizlə bağlı məsələni qaldırırıq. 125 deputatıq, hər birimizin qaldırdığımız məsələlər müzakirə edilərək, tədricən nəzərə alınır. Bizim ümumi işimizin nəticəsidir ki, hər il müəyyən işlər görülür. Neftin qiymətinə gəldikdə, biz riskləri qabaqlayırıq. Neftin qiyməti 60 dollar qalacaqsa, çox gözəl. Biz mayda büdcəyə yenidən baxa bilərik. Qiymət yüksək olarsa, mayda büdcəyə dəyişiklik etmək olar”.
Gülxar
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO