"Əmək haqqının qaldırılmasına heç bir məhdudiyyət yoxdur"
Bizi izləyin

İqtisadi gündəm

"Əmək haqqının qaldırılmasına heç bir məhdudiyyət yoxdur"

"Yaşayış minimumun orta əmək haqqından 3 dəfə aşağı olması Azərbaycana yaraşmır".

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Əli Məsimli yaşayış minimumumu ilə ehtiyac meyarı arasında fərqlərdən danışarkən deyib.

Millət vəkili bildirib ki, əmək haqqını qaldırmaq üçün yaşıyış minimumunu qaldırmaq lazımdır:

“Bunu qaldırmasaq, əmək haqqı artımı havada qalacaq. Ehtiyac meyarı, yaşayış minimumu ilə neçə gün yaşamaq olar? Bizdə bu rəqəmlər bir sıra Avropa ölkələrindən 2-2.5 dəfə aşağıdır. Bu məsələ MDB məkanında bir bəladır, çünki bunların hesablanmasında qədim üsullardan istifadə edilir. Ehtiyac meyarının yaşayış minimumuna çatdırılması müzakirə edilir. Lakin illərdir ehtiyac meyarı qaldırılmır, çünki bu zaman ünvanlı sosial yardım alanların da sayı artmış olacaq”.

Millət vəkili bildirib ki, Şəki-Zaqatala bölgələrində sakinlərdən 250 manat gəliri olan 10 faiz, 300 manat gəliri olan 10, 173 manata qədər olanlar 30 faiz təşkil edir.

“Yaşayış minimumunu qaldırmaq lazımdır. Bunun üçün isə iqtisadi azadlıqların verilməsi, sənaye müəssisələrinin açılması lazımdır. Yaşayış minimumu artırılarkən bazardakı proseslər, inflyasiya, minimum istehlak səbəti də nəzərə alınmalıdır. Devalivasiyadan sonra qiymətlər ən azı 1.5-2 dəfə qalxıb”.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova millət vəkilinin suallarına cavabında bəzi məqamlarla razılaşdığını bildirib:

“Ölkədə müxtəlif əmək haqqı sistemi mövcuddur. Bu da yaşayış minimumu ilə bağlı deyil. Əmək haqqının qaldırılmasına da heç bir məhdudiyyət yoxdur. Yaşayış minimumu 2004-cü ildə Milli Məclis tərəfindən təsdiq edilmiş qanuna əsasən hesablanır və bu məsələ hər il Milli Məclisdə təsdiq edilir. Minimum istehlak səbəti və icbari ödənişlərin toplusundan ibarətdir. Qanuna əsasən, yaşayış minimum tərkibinə 3 ildən bir dəfə baxılmalıdır. 2005, 2009, 2014-cü illərdə baxılıb. Hazırda nazirlikdə elmi işçilər və Dünya Bankının nümayəndələrinin iştirakı ilə bu minimum istehlak səbəti və metodikanın ekspertizası keçirilir.

Dünya Bankı ilə keçirilən müzakirələrə görə, ölkəmizdə yoxsulluğun ölçülməsi beynəlxalq təcrübəyə əsasən aparılır. Bu sahədə bir neçə üsul var, Azərbaycanda mütləq yoxlsulluğun hesablanmasını həyata keçiririk. Nisbi yoxsulluq əhalinin bir-birinə nisbətən gəlirlərinin bölüşdürülməsinə uyğun hesablanır. Bu da əsasən inkişaf etmiş ölkələrdə tətbiq edilir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm