Milli Məclisdə büdcə müzakirələri başa çatdı - Hökumətə 8 gün vaxt verildi
Bizi izləyin

İqtisadi gündəm

Milli Məclisdə büdcə müzakirələri başa çatdı - Hökumətə 8 gün vaxt verildi

Azərbaycan parlamenti “2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunun layihəsini müzakirə edib.

Publika.az xəbər verir ki, bu haqda deputatlara Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Komitə sədri deyib ki, 2018-ci il üçün ehtiyac meyarının həddi ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 116 manat məbləğində nəzərdə tutulur.

“2011-ci ildə bu rəqəm 105 manat, 2016-cı ildə 116 manat olub. Növbəti il üçün də rəqəm dəyişməyib. Ehtiyac meyarının müəyyən edilməsi ünvanlı sosial yardımı ödəmək üçün rəqəmi müəyyən etmək məqsədi daşıyır. Gələcəkdə ola bilər ki, ünvanlı sosial yardım ləğv edilsin”.

Komitə sədri ehtiyac meyarının artırılmasına tərəfdar olduğunu vurğulayıb.

Bununla da Milli Məclisdə büdcə müzakirələri başa çatıb. Parlamentin növbəti iclası dekabrın 1-də keçiriləcək və bu müddətdə hökumət deputatların səsləndirdiyi təklifləri təhlil edəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm