Türkiyə-MDB ticarətinin böyük hissəsi Bakı-Tbilisi-Qars xətti ilə reallaşdırılacaq
Bizi izləyin

İqtisadi gündəm

Türkiyə-MDB ticarətinin böyük hissəsi Bakı-Tbilisi-Qars xətti ilə reallaşdırılacaq

2034-cü ildə Bakı-Tbilisi-Qarsdəmir yolu xəttinin illik ötürücülük qabiliyyəti 3 mln. nəfər sərnişin və 17 mln. ton yük olacaq.

Bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan "Caspian Energy" jurnalına müsahibəsində bildirib.

"Uzunmüddətli perspektivdə biz il ərzində daşınan yüklərin həcmini 50 mln. tona çatdırmaq niyyətindəyik", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, ilkin mərhələdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə il ərzində təxminən 1 mln. nəfər sərnişin və 6,5 mln. ton yük daşınacaq.

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti yükdaşımalar üçün ciddi potensiala malikdir. Bu dəmir yolu xətti ilə Azərbaycanın neft-kimya məhsulları dünya bazarlarına çıxarılacaq. Bundan başqa, biz düşünürük ki, Türkiyənin MDB ölkələri ilə xarici ticarətinin böyük bir hissəsi bu dəmir yolu xətti üzərindən reallaşdırılacaq", - deyə Ə.Arslan vurğulayıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm