Müəllif Hüquqları Agentliyi 2017-ci ildəki xərclərini açıqladı
Bizi izləyin

İqtisadi gündəm

Müəllif Hüquqları Agentliyi 2017-ci ildəki xərclərini açıqladı

Müəllif Hüquqları Agentliyi 2017-ci il maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini açıqlayıb.

Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunlarına dair hesabatında qeyd olunub ki, ötən il agentliyin saxlanması üçün dövlət büdcəsində 629177 manat vəsait nəzərdə tutulub.

İllik smeta xərclərinə uyğun olaraq bu vəsaitin 408428 manatı əmək ödənişlərinə (o cümlədən, 310384 manat ştatda olan işçilərin əmək haqqının ödənilməsinə, 6352 manat ştatdankənar işçilərin əmək haqqının ödənilməsinə, 84459 manat sair pul ödənişlərinə, 7233 manat müavinət və iş qabiliyyətinin itirilməsinə görə), 87944 manat DSMF-ə ayırmalara, 87914 manat vəsait agentliyin saxlanması üçün digər maddələr üzrə xərclənib.

Cəmi faktiki xərc 584286 manat olub. 2017-ci ilin dövlət büdcəsindən əqli mülkiyyət hüquqlarının təminatı ilə bağlı 220102 manat vəsait nəzərdə tutulub. İllik smeta xərclərinə uyğun olaraq həmin vəsaitin 71432 manatı Agentliyin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin işçilərinin əmək haqqı və əməyin ödənilməsi ilə bağlı sair pul ödənişlərinə, 15547 manat DSMF, 132648 manat vəsait isə digər xərclərə sərf olunub.

Hesabat ilində sair xərclər maddəsi üzrə: Azərbaycan ənənəvi musiqilərindən muğamlar, aşıq mahnıları, xalq mahnıları və rəqslərin rəqəmsal məlumat bazasının genişləndirilməsi 8000 manat, digər maşın və avadanlığın alınmasına 3214 manat, serverin saxlanmasına, təmirinə və xidmət edilməsinə 2500 manat, icarə haqqına 23788 manat, tədbirlərin təşkilinə 41225 manat, abunə haqlarına 2243 manat, qəzet- jurnal üçün abunə xərclərinə 6504 manat, dayanacaq haqqı 4290 manat, nəzarət markasının alınması 10000 manat, proqram təminatına 30884 və. s xərclənib. Cəmi faktiki xərc 219627 manat olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm