Rusiyadan Ukraynaya son vaxt: 9 iyun
Bizi izləyin

İqtisadi gündəm

Rusiyadan Ukraynaya son vaxt: 9 iyun

Rusiya Ukraynaya verdiyi vaxtı 9 iyuna qədər uzatdı

Ukrayna mart və fevral aylarının qaz tədarükünə görə Qazproma olan borcunun bir hissəsini ödəyib. Artıq bu gün Qazpromun hesabına oturub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunun əvəzində Rusiya növbəti qaz transı üçün ilkin ödənişin vaxtını 9 iyunadək uzadıb. Eyni zamanda bildirib ki, Ukraynaya qaz verilişi göstərilən tarixdə tam borcunu – 2,237 milyardı ödəməsindən asılı olacaq.

Onu da bildirək ki, Ukrayna fevral və mart aylarındakı tədarükə ( müvafiq olaraq 1,64 milyard kubmetr, 1,8 milyard kubmetr) görə Ruisyaya 786,4 milyon dollar ödəyib. Mavi qazın qiyməti 1000 kubmetr üçün 268,5 dollardan götürülüb. Qeyd edək ki, hazırda qalan borcun ödənməsi və tətbiq olunacaq qiymətlər tərəflər üçün həllini gözləyən iki prioritet məsələ olaraq qalır.

Ukrayna mavi qazın 1000 kubmetrinin 268,5 dollardan hesablanması məqsədilə Stokholm arbitraj məhkəməsinə müraciət edəcəyini deyir. Xatırladaq ki, Ukraynada baş verən siyasi hadisələrdən sonra Rusiya ölkəyə endirimli qaz satışını dayandırıb. Mavi qazın 1000 kub metrinin qiymətini 268,5 dollardan 485,5 dollara yüksəldib. Bir məqamı da vurğulayaq, mavi qaz tədarükü ilə bağlı bu gün Brüsseldə üçtərəfli – Ukrayna, Rusiya, Avropa Birliyi arasında görüş baş tutacaq. “Qazprom “ rəhbərliyinin sözlərinə görə, razılığa gələ bilməsələr, 3 iyundan qaz tədarükü məhdudlaşdırılacaq. 9 iyundan isə Ukrayna yalnız ilkin ödəniş əsasında qaz alacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm