Neft Şirkətinin qaz ixracı azala bilər
Bizi izləyin

İqtisadi gündəm

Neft Şirkətinin qaz ixracı azala bilər

Neft Şirkətinin qaz ixracı azala bilər

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) cari ildə təbii qaz ixracını 2,6 mlrd kub metr səviyyəsində planlaşdırır.

Publika.az Caspian Barrel-ə istinadən bildirir ki, 2013-cü ildə SOCAR xarici bazarlarda 2,84 mlrd kub metr həcmində qaz satmışdı.

Cari ildə qaz ixracının təqribən 8,4% azalması mavi yanacağın Rusiyaya ixrac həcmlərinin aşağı düşməsi ilə əlaqədardır.

Qeyd edək ki, ötən il SOCAR Rusiyaya 1,37 mlrd kub metr qaz satmışdı, cari ildə isə bu həcmlərin 1 mlrd kub metr ərtafında olması gözlənilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm