“Gömrük oqranlarında həmin təşkilatların fəaliyyətinə şərait yaradacağıq” - Aydın Əliyev
Bizi izləyin

İqtisadi gündəm

“Gömrük oqranlarında həmin təşkilatların fəaliyyətinə şərait yaradacağıq” - Aydın Əliyev

“Qida Təhlükəsizliyi Agentliyi ilə Gömrük orqanlarının funksiyaları üst-üstə düşmür”.

Publika.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki qurum arasında səlahiyyət bölgüləri ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

A.Əliyev qeyd edib ki, qida məhsullarına nəzarətdə bəzi funksiyaların Qida Təhlükəsizliyi Agentliyinə verilməsi normal haldır: “Qida və yeyinti məhsulları üzərində bir sıra dövlət qurumları nəzarət həyata keçirir. Bəzi qurumların bir sıra səlahiyyətlərinin Qida Təhülkəsizliyi Agentliyinə verilməsi normaldır. Burada əsas məsələ Fitosanitar və Sanitar Karantin Müfəttişliyinin hansı səlahiyyətlərinin Qida Təhlükəsizliyi Agentliyinə verilməsidir. Bu gün 14 dövlət təşkialtı ilə əlaqələri qurmuşuq, elektron qaydada işlər həyata keçiririk.Təşkilati işlər başa çatana qədər gömrük oqranlarında həmin təşkilatların fəaliyyətinə şərait yaradacağıq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm