Telman İsmayılov AST şirkətlər qrupunun rəhbəri deyil
Bizi izləyin

İqtisadi gündəm

Telman İsmayılov AST şirkətlər qrupunun rəhbəri deyil

Telman İsmayılov AST şirkətlər qrupunun rəhbəri deyil

AST şirkətlər qrupu artıq Telman İsmayılova məxsus deyil.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda şirkətin 37,5 faizi Sərxan və Ələkbər İsmayılovlara məxsusdur. Zaur Mərdanovda 25 faiz, eləcə də T.İsmayılovun özündə 25 faiz pay var. Məlumatlara əsasən, böhrana qədər holdinqə 30 şirkət daxil imiş. Milyarderin biznesinə ən böyük zərbə “Çerkiz” bazarının bağlanmasından sonra dəyib. Hazırda AST şirkətlər qrupuna hansı aktivlərin daxil olduğu bəlli deyil. Amma yazılanlara inansaq, qrupa “AST –trans-qrupp”,”AST-trans”,” AST-qold”,"AST-amoroli imeks”, “AST-telekom” daxildir. Bəzi şirkətlər“AST-meç” və ya “AST-music”, “Praqa-AST” ləğv edilib. Lakin AST-yə yaxın adamlardan biri bildirib ki, “Praqa” əvvəlki kimi iş adamına məxsusdur. T.İsmayılov həmçinin Moskva poliqrafiya evinə, “Klinskiy” kolxozuna sahiblik edən “AST KBF” şirkətini də itirib.

Onu da qeyd edək ki, T.İsmayılov AST qrupunu 1989-cu ildə yaradıb. Bu günə qədər müsahibə verməyib və sakit şəkildə öz biznesini inkişaf etdirib. Qrupu 3 milyard dollar dəyəri olan səhmlərlə zənginləşdirib. Özünün dediyinə görə, Moskvaya ilk gəldiyində Ticarət nazirliyində iqtisadçı vəzifəsində işləyib. Bundan sonra “Vostokintorq” şirkətində ekspert vəzifəsində çalışıb. Bu şirkət idxal-ixrac əməliyyatları ilə məşğul olurmuş. 1988-ci ildə “Коммерческая благотворительная фирма” adlı ticarət kooperativi yaradıb. 13 iyul 1989-cu ildə isə bu günə qədər fəaliyyət göstərən AST qrupunu yaradıb. Qrupun adını oğullarının və özünün adının baş hərflərindən – Alik, Sərxan, Telmandan götürüb. Bir il 3 aya Moskvada 52 kommersiya mağazası açıb: “Məndən əvvəl şəhərdə heç kim bununla məşğul olmurdu. Bundan sonra “Лужники” bazarını açdım. Şirkət isə zamanla bir çox istiqamət üzrə stabil olaraq inkişaf etməyə başladı”. Bu biznesdə onu kimlərin dəstəkləməsinə gəlincə, T.İsmayılov deyir ki, sadəcə, iş sərfəli idi: “Tək mənə yox hamıya sərfəli idi. Dövlətə də. Çünki dövlət əhalini məhsul ilə təmin edə bilmirdi. O zaman “Мосторгодежда” adlı şəbəkə var idi və piştaxtaları boş idi. Mən “Мосторгодежда”-nın icraçı direktorunun yanına getdim və həmin əraziləri mənə icarəyə verməsini dedim. Bidirdim ki, onsuz da, heç nə qazanmırsınız”.

Nəzərə çatdıraq ki, T.İsmayılovun imperiyası 90-cı illərin ortalarında inkişaf etməyə başlayıb. Özü bu haqda “ "Pullar gəlirdi, onları isə harasa yatırmaq lazım idi. Mən ideyalar düşünürdüm. Məsələn, biz çox sayda Çin məhsulları alır, bir neçə yerli fabriklərin illik dövriyyələrini satın alırdıq. Sonradan başa düşdüm ki, bütün bunları burada da yaratmaq mümkündür və biz Moskvada 3 fabrik yaratdıq. Daha sonradan 150 avtomobil alaraq AST-Taksi şirkətini yaratdım. Bundan başqa, “Московский полиграфический дом”-u alaraq onu Rusiyanın ən yaxşı tipoqrafiya şirkətinə çevirdik. Bu şirkətin hazırda Rusiyada analoqu yoxdur. Restoran və kafelər açdıq və hazırda onların sayı təqribən 100-dür. Daha nələrə ziynət əşyalarına, kənd təsərrüfatına, tikinti məhsullarına və s.-ə pul yatırmadıq?!”, deyə milyarder bildirir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm