MSN ilk dəfə Avropada hərbi sərgidə təmsil olunacaq
Bizi izləyin

İqtisadi gündəm

MSN ilk dəfə Avropada hərbi sərgidə təmsil olunacaq

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində istehsal edilən məhsulların ilk dəfə Avropada keçiriləcək sərgidə nümayişi nəzərdə tutulur.

Publika.az AzeriDefence-yə istinadla bildirir ki, MSN 11-15 iyun tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçiriləcək "Eurosatory-2018" beynəlxalq müdafiə sərgisinə qatılacaq.

Hazırda MSN tərəfindən sərgidə iştirakla bağlı hazırlıq işləri aparılır.

Qeyd edək ki, "Eurosatory" dünyanın ən böyük müdafiə sərgilərindəndir. Bununla Azərbaycan müəssisələri ilk dəfə Qərbi Avropada keçirilən sərgidə öz imkanlarını tanıtmış olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm