İqtisadi gündəm
“İpoteka haqqında” qanuna dəyişiklik təklif olunur
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə ipoteka kreditləri üzrə İşçi Qrupunun növbəti görüşü baş tutub.
Publika.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ASA məlumat verib.
Görüş assosiasiyanın sədri Mustafa Abbasbəyli və həyat sığorta şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilib.
İpoteka və Zəmanət Fondunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə dəyişiklik təşəbbüsü ilə çıxış etməsi görüşün əsas müzakirə mövzusu olub. Görüş zamanı sığortaçıların Fondla görüş təşkil etməsinin zəruriliyi vurğulanıb. Həmçinin, Qanuna təklif olunan dəyişikliyin edilməməsinin daha məqsədəuyğun olacağını əsaslandıran fikirlər və təkliflər irəli sürülüb.
Görüşün yekunu olaraq, məsələ ilə əlaqədar sığortaçıların İpoteka və Zəmanət Fondu ilə ən qısa müddət ərzində görüşünün təşkil edilməsi qərara alınıb.
Qeyd edək ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsində ipoteka müqaviləsində nəzərdə tutulan hallarda, ipoteka qoyulan əşyanın zədələnmə və ya məhvolma risklərinə qarşı sığorta etdirilməli olduğu tələbi müəyyən edilib. İpoteka və Zəmanət Fondu isə sığorta tariflərinin yüksək olmasını əsas gətirərək müvafiq maddənin dəyişdirilməsi təklifi ilə çıxış edib.
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi