Sənaye məhsullarının istehsal qiymətləri bahalaşıb
Bizi izləyin

İqtisadi gündəm

Sənaye məhsullarının istehsal qiymətləri bahalaşıb

Sənaye məhsullarının istehsal qiymətləri bahalaşıb

May ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 2,4 faiz, mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətlər isə 2,7 faiz artıb. Emal sənayesi üzrə istehsalçı qiymətlərə gəldikdə, eyni səviyyədə qalıb.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2014-cü ilin may ayında mədənçıxarma sənayesi bölməsində xam neft və təbii qaz hasilatı üzrə isə istehsalçı qiymətləri 2,7 faiz bahalaşıb. Metal filizlərinin hasilatı üzrə 2,3 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri 0,1 faiz ucuzlaşıb.

May ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri qida məhsullarının istehsalı üzrə 1,9 faiz, kağız və karton istehsalı üzrə 1,7 faiz, kimya sənayesi üzrə 0,5 faiz, neft məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri 0,1 faiz düşüb. Kompyuter və digər elektron avadanlıqların istehsalı üzrə 11,5 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 4,0 faiz, metallurgiya sənayesi üzrə 1,3 faiz, içki istehsalı üzrə 1,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,9 faiz, tikinti məmulatlarının istehsalı və mebel istehsalı üzrə 0,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,4 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə istehsalçı qiymıtləri 0,1 faiz qalxıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm