Azərbaycanda “QAZ” markalı avtomobillər yığılacaq
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanda “QAZ” markalı avtomobillər yığılacaq

Rusiyanın “Qorki Avtomobil Zavodu” (QAZ) ASC ilə “Azərmaş” ASC arasında “QAZ” markalı avtomobillərin Azərbaycanda yığımına dair əməkdaşlıq haqqında memorandum imzalanıb.

“Report” xəbər verir ki, sənədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin arasında keçirilmiş görüş çərçivəsində imza atılıb.

Avtomobillər Hacıqabul Sənaye Məhəlləsinə yığılacaq.

Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC ilə Rusiyanın “Şimal Qafqaz Kurortları” ASC arasında əməkdaşlığa dair memorandum da imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm