Xarici ölkələrlə 13 milyard 465,8 milyon manatlıq alver etmişik
Bizi izləyin

İqtisadi gündəm

Xarici ölkələrlə 13 milyard 465,8 milyon manatlıq alver etmişik

Xarici ölkələrlə 13 milyard 465,8 milyon manatlıq alver etmişik

Bu ilin yanvar-aprel aylarında ölkənin rezidentləri dünyanın 122 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib.

Publika.Az-a Dövlət Statistika Komitənsindən (DSK) verilən məlumata görə, 76 ölkəyə əmtəə ixrac olunub. 117 ölkədən idxal aparılıb. Xarici ticarət dövriyyəsi iştirakçılarının 42-i Avropa, 25-i Amerika, 38-i Asiya ölkələri və digərləri olub.

Dörd ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 13 milyard 465,8 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 10 milyard 731,1 milyon dollar, idxalın həcmi 2 milyard 734,7 milyon dollar təşkil edib. Nəticədə 7 milyard 996,4 milyon dollarlıq müsbət saldo yaranıb.

İxrac edilən məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmassa və onlardan hazırlanan məmulatların, idxal olunana məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 491,0 milyon dollar olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm