OPEK-in Baş katibi Azərbaycana gələcək
Bizi izləyin

İqtisadi gündəm

OPEK-in Baş katibi Azərbaycana gələcək

OPEK-in Baş katibi Məhəmməd Sanusi Barkindo Azərbaycana səfər edəcək.

M.Barkindonun səfəri bu il may ayının sonunda baş tutacaq.

Qeyd olunur ki o, mayın 30-31-i Bakıda keçirilən 25-ci Beynəlxalq Xəzər “Neft və Qaz” yubiley konfransında (Caspian Oil&Gas 2018) iştirak edəcək.

Energetika Nazirliyi və SOCAR Şirkətinin rəsmi dəstəyi ilə keçiriləcək konfransda Xəzər regionu və Azərbaycanın neft-qaz sənayesinin inkişafı perspektivlərinə dair məsələlərə toxunulacaq. Xüsusilə, neft-qaz layihələrinə sərmayələr, SOCAR-ın həm neft hasilatı, həm də neft-kimya və neft emalı sahəsində həyata keçirdiyi layihələr, ekologiya və sənaye təhlükəsizliyi sahələrində qabaqcıl texnologiyaların tətbiqi və milli kadrların hazırlanması məsələləri müzakirə olunacaq.

Konfransda o cümlədən, məruzəçi qismində Petro Vietnam Oil and Gas Group-un prezidenti və icraçı direktoru Çao Xoai Duonq, Total şirkətinin Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Klement, ENI şirkətinin Mərkəzi Asiya üzrə ictaçı vitse-prezidenti Luka Viqnati və Saipem şirkətinin icraçı direktoru Stefano Çaonun iştirakı gözlənilir. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm