İllik bahalaşmada ərzağın inflyasiyası daha yüksək olub
Bizi izləyin

İqtisadi gündəm

İllik bahalaşmada ərzağın inflyasiyası daha yüksək olub

İllik bahalaşmada ərzağın inflyasiyası daha yüksək olub

2014-cü ilin birinci rübündə orta ilik inflyasiya 2 faiz təşkil edib.

Publika.az Mərkəzi Banka istinadən bildirir ki, istehlak qiymətləri indeksinin komponentləri olan ərzaq qiymətləri yanvar-mart aylarında 2.2%, qeyri-ərzaq qiymətləri 3.5%, xidmətlər isə 0.3% dəyişib.

Cari ilin birinci rübündə 2 faizlik orta illik inflyasiyanın 1 faiz bəndi ərzaq məhsullarının, 0.8 faiz bəndi qeyri-ərzaq mallarının və 0.2 faiz bəndi xidmətlərin qiymətinin artması ilə əlaqədar olub. Dövlət tərəfindən tənzimlənən malların və mövsümi volatilliyə malik olan məhsulların qiymət dəyişməsindən təmizlənərək hesablanan orta illik baza qiymət indeksi yanvar-mart aylarında 1.5% artıb.

Baza qiymət indeksinin aşağı templə artması, eləcə də ümumi qiymət artımından 0.5 faiz bəndi aşağı olması inflyasiyada monetar amillərin əhəmiyyətli rol oynamadığını göstərib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm