“Ələt azad iqtisadi zonası haqqında” qanunun qəbul edildi
Bizi izləyin

İqtisadi gündəm

“Ələt azad iqtisadi zonası haqqında” qanunun qəbul edildi

Milli Məclisdə “Ələt azad iqtisadi zonası haqqında” qanununun layihəsi barədə müzakirələri üçüncü oxunuşda davam etdirilib.

Publika.az xəbər verir ki, qanun layihəsi haqqında vitse-spiker Valeh Ələsgərov məlumat verib.

Bildirib ki, dəyişikliklər əsasən texniki xarakterlidir. Eyni zamanda, deputatların irəli sürdüyü təkliflər nəzərə alınıb.

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib ki, bəzi məsələlərə dəqiq aydınlıq gətirilməlidir:

“Azad iqtisadi zonada mübahisələrin həlli məsələsi var. Qanunla hər bir vətəndaş mübahisəli məsələlərlə bağlı məhkəməyə müraciət edə bilər. Eyni zamanda, əmək qanunvericiliyi, insan haqları ilə bağlı heç bir struktura ayrıca səlahiyyət verilə bilməz. Bu qanunlara ziddir. Həmin zonada da Azərbaycanın qanunları işləməlidir”.

Valeh Ələsgərov isə bu məsələlərin bir neçə dəfə qaldırıldığını xatırladıb:

“İşçi qrupu olaraq biz bu aylar ərzində xarici mütəxəssislər və tanınmış hüquqşünaslarla müzakirələr aparmışıq. Qeyd edim ki, əmək münasibətləri, ətraf mühitin qorunması qabaqcıl təcrübə və beynəlxalq standartlara uyğun şəkildə öz həllini tapacaq”.

Qanun layihəsi III oxunuşda səsə qoyularaq qəbul olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm