İqtisadi gündəm
Kərə yağı idxalından asılılıq azaldılacaq - Samir Eyyubov
2019-cu il üçün Azərbaycanda kərə yağı idxalından asılılığı, demək olar ki, tam aradan qaldırmaq planlaşdırılır.
Publika.az xəbər verir ki, bunu Trend-ə "Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları" İctimai Birliyinin icraçı direktoru Samir Eyyubov deyib.
S.Eyyubov bildirib: "Azərbaycanın kərə yağının idxalından çox ciddi asılılığı var. Dövlət bu məsələni həll etmək niyyətindədir. Bu məqsədlə 2019-cu ilin ortasına qədər ölkədə fəaliyyət göstərən müəssisələr əsasında iki yeni müəssisə yaradılacaq. Bunun üçün əlavə istehsal xətləri alınır. Hər bir müəssisənin emal gücü sutkada 200 ton süd təşkil edəcək. Bu da təxminən 10 ton kərə yağı deməkdir".
İcraçı direktorun sözlərinə görə, layihələrin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu xətti üzrə aparılacaq: "Məbləğ hələlik açıqlanmır".
Qeyd edək ki, 2018-ci ilin ilk rübündə Azərbaycan 20,69 milyon dollar məbləğində kərə və süddən hazırlanan digər növ yağlar idxal edib. Bu göstərici 2017-ci illə müqaisədə 53 faiz çoxdur.
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək
-
İdman11:03
"Neftçi"də nə baş verir? - Qruplaşmalar, daxili çəkişmələr...
-
Sosial10:31
Hətta xasiyyəti belə dəyişən ay - Daim içki içən şəxs Ramazanda oruc tutarsa...
-
Ekologiya09:57
Rayonlara qar yağdı, şaxta düşdü - FAKTİKİ HAVA
-
Region09:24
Almanlar Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədində görün nə edirlər - FOTO
-
Nida Xəbər 09:03
Mehriban Əliyevadan İlaxır çərşənbə ilə bağlı paylaşım - FOTO