Azərbaycan neftinin bir bareli 81 dolları ötdü
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan neftinin bir bareli 81 dolları ötdü

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 22-də 81,32 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,42 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 22-də 80,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,42 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 22-də 77,64 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,39 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 22-də 80,23 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,64 dollar/barel çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm