Ümumi Daxili Məhsul 2,8 faiz artıb
Bizi izləyin

İqtisadi gündəm

Ümumi Daxili Məhsul 2,8 faiz artıb

Ümumi Daxili Məhsul 2,8 faiz artıb

Bu ilin ötən beş ayı ərzində 23.4 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.8 faiz çox Ümumi Daxili Məhsul istehsal edilib.

Publika.az xəbər verir ki, ümumi daxili məhsulun 61.2 faizi məhsul istehsalı sahələrində, 31.7 faizi xidmət sahələrində yaradılıb. 7.1 faizi isə məhsula və idxala xalis vergilərin payına düşüb. Əhalinin hər nəfərinə ümumi daxili məhsul istehsalı 2499.8 manat (3187.4 ABŞ dolları) təşkil edib.

Əlavə dəyərin 55.4 faizi qeyri-neft sektorunda istehsal olunaraq müqayisə edilən dövrdə 8.3 faiz artmış, neft sektorunda isə 3.6 faiz azalıb.

Ev təsərrüfatlarının və hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri sənaye məhsulu da nəzərə alınmaqla yanvar-may aylarında 14.1 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövründəkindən 2.1 faiz az sənaye məhsulu istehsal olunub. Məhsulun 73.3 faizi mədənçıxarma bölməsində, 20.5 faizi emal bölməsində, 5.6 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm