Banklar 16,2 milyard manat borc veriblər
Bizi izləyin

İqtisadi gündəm

Banklar 16,2 milyard manat borc veriblər

Banklar 16,2 milyard manat borc veriblər

Maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin məbləği may ayının 1-nə 16.2 milyard manata çatıb.

Publika.az xəbər verir ki, kreditlərin həcmi ötən ilin may ayının 1-nə nisbətən 24.8 faiz artıb. Verilən kreditlərin 12.7 milyard manatı uzunmüddətli olub. 895.6 milyon manatının ödəmə vaxtı keçib.

Əhalinin banklardakı əmanətlərinin həcmi keçən illə müqayisədə 13.9 faiz artaraq may ayının 1-nə 6.6 milyard manata çatıb. Milli valyuta ilə qoyulan əmanətlərin məbləği 4.1 milyard manat, xarici valyuta ilə qoyulan əmanətlər isə 2.5 milyard manat olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm