• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qiymətli kağızlar bazarının həcmi 2,3 dəfə artıb

Qiymətli kağızlar bazarının həcmi 2,3 dəfə artıb

Qiymətli kağızlar bazarının həcmi ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2,4 dəfə artaraq 4 milyard manata çatıb.

Publika.az xəbər verir ki, qiymətli kağızlar bazarının həcmi qeyri-neft ÜDM-nin 56 faizinə bərabər olub. Dövr ərzində şirkətlərin kapital bazarları vasitəsilə maliyyələşmə meyillərinin artması qiymətli kağızlar bazarında ilkin bazar əməliyyatlarının sayının 3,1 dəfə, həcminin isə 68 faiz artaraq 326,3 milyon manat təşkil etməsinə gətirib çıxarıb. Bununla yanaşı, bütün növ qiymətli kağızların təkrar bazar ticarəti üzrə əqdlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz, həcmi isə 2,5 dəfə artaraq 3,7 milyard manat təşkil edib. Bu da bazarda maliyyə alətləri üzrə likvidliyin formalaşmasının göstəricisidir.

Hesabat dövrü ərzində dövlət qiymətli kağızlar bazarının həcmi 2,3 dəfə artaraq 3,4 milyon manat təşkil edib. Dövr ərzində bu sektorda ən əhəmiyyətli hadisə Maliyyə Nazirliyi tərəfindən 1,25 milyard manat həcmində avro istiqrazların xarici bazarlarda yerləşdirilməsi olub. Belə ki, avro istiqrazlara 160-dan çox ölkənin institusional investorları tərəfindən böyük maraq göstərilib. Nətticədə bu növ qiymətli kağızlara olan tələbat təklifdən 4 dəfə artıq olub. Bütövlükdə 2014-cü ilin ilk rübü ərzində 5,5 milyon manat həcmində dövlət istiqrazlarının və 144,9 milyon manat həcmində Mərkəzi Bankın notlarının ticarəti həyata keçirilib. Bununla yanaşı, dövr ərzində qiymətli kağızlar bazarında həyata keçirilmiş repo/əks repo əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə artaraq 3,3 milyon manat təşkil edib.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR