Avtomobil idxalı azalıb
Bizi izləyin

İqtisadi gündəm

Avtomobil idxalı azalıb

Bu ilin mayında ölkəyə 3 844 avtonəqliyyat vasitəsi idxal edilib.

Publika.Az-ın məlumatına görə, bu rəqəm ötən ayla müqayisədə (8 339) 9% azdır. Ümumiyyətlə 2008-ci il böhranından indiyə qədər ən aşağı göstəricidir.

Analitiklər azalmanı (əsasən minik avtomobilləri) aprel ayının 1-dən yeni avro-4 ekoloji normasının tətbiqi ilə bağlayırlar. Bu tələblə bağlı işlənmiş avtomobillərin idxalı xeyli azalıb.

İlin 5 ayında ölkəyə xaricdən 30 576 avtonəqliyyat vasitəsi gətirilib. Bu, ötən ilin eyni dövründəkindən 23,1% azdır. İdxal strukturunda minik avtomobillərinin xüsusi çəkisi (27 444) 89,7% təşkil edib. 2013-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin tədarükü 8372 ədəd azalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm