• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Döyüş texnikaları hazır vəziyyətə gətirildi

Döyüş texnikaları hazır vəziyyətə gətirildi

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təlimlərdə "Azərbaycan Respublikası ərazisinin müdafiəsi və təcavüzkarın məğlubiyyətə uğradılması məqsədi ilə Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin birgə fəaliyyətinin planlaşdırılması və təşkili. Dövlət sərhədinin mühfizəsi və müdafiəsi. Əks-hücuma keçməklə təcavüzkarın əsas qüvvələrinin darmadağın edilməsi" mövzusunda məsələlər işlənilib.

Təlimlərə ümumilikdə 4000 nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemləri, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş vertolyotu cəlb edilib.

Təlimlərin rəhbərliyi tərəfindən qarşıya aşağıdakı məqsədlər qoyulub və yerinə yetirilib:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə, hissə və bölmələrinin ərazi müdafiəsi çərçivəsində birgə döyüş tətbiqinin planlaşdırılması və qarşılıqlı əlaqənin təşkili üzrə müxtəlif səviyyələrdə qərargahlar arasında koordinasiyanın təmin edilməsi.

2. Dövlət sərhədinin mühafizəsi, ərazi müdafiəsinin aparılması və əks-hücum əməliyyatının gedişində Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin uzlaşmış fəaliyyətinə nail olunması, birləşmə, hissə və bölmələrin döyüş fəaliyyətinin sinxronlaşdırılması.

3. Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin birgə döyüş fəaliyyətinin gedişində qoşunların koordinasiyalı şəkildə idarə edilməsi və informasiya mübadiləsinin saxlanılması üzrə qərargah fəaliyyətinin məşq etdirilməsi.

Təlimlərdə aviasiya zərbələrinin və artilleriya sistemlərinin döyüş atışının praktiki idarə olunması, hava desantının çıxarılması, müxtəlif qoşun növləri və xüsusi qoşunların hücüm əməliyyatında tətbiqi məsələləri işlənib, birləşmə, hissə və bölmələrin taktiki fəaliyyəti və silah sistemlərinin real atışları həyata keçirilib, müxtəlif güc strukturlarının birləşmə və hissələri arasında qarşılıqlı əlaqənin saxlanılması təmin edilib.

Təlimləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev izləyib.
Təlimlərə cəlb edilən birləşmə, hissə və bölmələr tərəfindən qarşıya qoyulan bütün məqsədlərə nail olunub.









Xəbər lenti

DAHA ÇOX XƏBƏR