Avropa Parlamentinin keçmiş vitse-prezidenti Ermənistanı işğalçı adlandırdı
Bizi izləyin

İqtisadi gündəm

Avropa Parlamentinin keçmiş vitse-prezidenti Ermənistanı işğalçı adlandırdı

Bakıda səfərdə olan Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin keçmiş vitse-prezidenti Provera Fiorella Ermənistanı işğalçı dövlət olduğunu bəyan edib.

Publika.az-ın məlumatına görə, P.Fiorella bu gün Azərbaycan Diplomatik Akademiyasında keçirilən tədbirdə bildirib ki, Azərbaycanın əyalətləri Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan tərəfindən işğal altına düşüb.

O, Ermənistanı işğalçılıq siyasətinə görə qınayıb: "Bu münaqişə dərhal həll olunmalı, Azərbaycanın əraziləri geri qaytarılmalıdır. Axı bir dövlət güc yolu ilə necə müdaxilə edib başqa bir dövlətin ərazisini tuta bilər? Bu qətiyyən qeyri etikdir. Bu münaqişəyə baxmayaraq Azərbaycan güclü inkişaf yolu keçib ki, bu təqdirəlayiqdir. Hesab edirəm bu, Azərbaycan üçün böyük imkanlar verir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm