İqtisadi gündəm
Ermənilər Azərbaycana qarşı təxribata əl atdı - Bakıda
Ermənistan nümayəndə heyəti ATƏT PA-nın Bakıda keçirilən Daimi Komitəsinin iclasında Azərbaycana qarşı təxribata cəhd edib.
Publika.az xəbər verir ki, iclasda ABŞ
təmsilçisi Benjamin Kardinin Ukrayna məsələsi ilə bağlı Rusiya
əleyhinə təklif etdiyi qətnamənin müzakirəsi zamanı söz alan erməni
deputatlar gözlənilmədən mövzunu dəyişiblər.
Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan çıxışında
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını inkar
edərək, münaqişənin həlli üçün Azərbaycanı Dağlıq Qarabağın
separatçı rejimi ilə danışıqlara çağırıb. Erməni deputat yüksək
səslə danışaraq zalda ajiotaj yaradıb. Əsəbi halda çıxış edən
erməni deputat münaqişənin həllində Azərbaycanı ATƏT-in Minsk
qrupunun üzvləri arasında daha çox ABŞ-a güvənməkdə ittiham
edib.
ATƏT PA-nın prezidenti Ranko Kirovokapiç A. Geqamyana gündəlikdəki qətnaməni xatırlatsa da, o, yenidən qətnamədəki mövzuya – Ukrayna məsələsi və digər paralel münaqişələrin həllinə toxunmayaraq, xalqların öz müqəddəratını təyin etməsi məsələsini ortaya atmağa cəhd edib.
Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə 22 ildir işğal olunmuş torpaqları, bunun fəsadlarını görməməyi “qumdan başı yeni çıxan kor dəvəquşuya” bənzədib.
B. Muradova A. Geqamyanın əsəbi çıxışına və vaxtından tez
saçının tökülməsinə işarə vuraraq deyib: “Burada bayaq ürək
tutmasından danışıldı. İnsan ürək tutmasından həkimə gedir, çünki
ağrı var. Amma bir də var saç tökülməsi. Bunun ağrısını hiss edən
yoxdur. Bizim torpaqları işğal edənlər də bunu saç tökülməsi kimi
qəbul edirlər, ağrını hiss etmirlər. 22 ildir faktiki torpaqlar
işğal altındandır, kor dəvəquşu kimi bunu görməmək olmaz!”
Asif
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO