Narışkindən Azərbaycan türkcəsində təşəkkür
Bizi izləyin

İqtisadi gündəm

Narışkindən Azərbaycan türkcəsində təşəkkür

Rusiya Dövlət Dumasının sədri Serqey Narışkin ATƏT-in Parlament Asambleyasnın Bakıda keçirlən sessiyasında çıxış edib.

O, əvvəlcə konfransı Bakıda təşkil etdiyinə görə, Azərbaycana azərbaycan dilində təşəkkür edib: “Azərbaycana ənənəvi qonaqpərvərliyinə görə, təşəkkür edirəm. Çox sağ olun. ATƏT Ukrayna məsələsində üzərinə düşən öhdəlikləri yerinə yetirərək, səmimi diaoloqla Ukrayanda vətəndaş barışının yaranmasına səbəb olacaq. Bütün bəlaları əsassız olaraq, Rusiyanın üstünə yıxmaqla münaqişəni sülh yollu həll etmək olmaz. Avropa Şurası başa düşməlidir ki, Ukraynanın şərqində baş verən hadisələrə görə, onlar məsuliyyət daşıyırlar".

O, bildirib ki, Ukrayna sərhədindəki Rusiya qoşunlarını geri çəkməklə ölkəsi sülh yaratdığını bir daha göstərib. "Ukrayna prezidenti Poroşenkoya və xalqa kömək etməliyik ki, bu vəziyyətdən tez bir zamanda çıxa bilsinlər. Kiyev Maydanına insanlar silahlarla deyil, demokratik şüarlarla çıxdılar. Amma onları mərmilər, silahlar gözləyirdi. Niyə Ukrayna xalqı bunlara məruz qalır. İnsanları həmin şüarlara görə öldürmürlər. Bəs bunun səbəbi nədir? Ötən həftə Ukraynada iki rus əsgəri sifarişlə öldürülüb. Hazırda Rusiyada Ukraynanın şərqindən gələn 400 min qaçqın var".

Narışkin Ukraynanın şərqində, Odessadakı hadiələr zamanı rusların xalqı qorumağa çalışdığını deyib. Onun sözlərinə görə, Ukrayna parlamentində millətçi partiyalar var.

O, Rusiyanın Ukraynadakı atəşkəsin real olmasını arzuladığını deyib: "Biz Ukrayna böhranı ilə əlaqədar olaraq xüsusi komissiyya yaratmaq istəyirik. Bu yolla Ukrayna böhrandan çıxa bilər. Biz bu yolla Ukraynanı zorakılıq dalğalarından qoruya bilərik. Dünaynın bütün yerlərindəki telefon danışıqlarını izləyənlər Ukraynadakı çevrilişə bəraət qazandırırdılar. Ukrayandakı insanların yandırılması intihar kimi qələmə alınırdı. Bu ölkədə Rusiya səfirliyinə basqın dünyada öz ədalətli qiymətini almayıb. Bu Avropanın dünyadakı nüfuzunu azaldır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm