Didye Burkhalter: "Münaqişələrin həllində ATƏT-in rolu artmalıdır"
Bizi izləyin

İqtisadi gündəm

Didye Burkhalter: "Münaqişələrin həllində ATƏT-in rolu artmalıdır"

Münaqişələrin həllində ATƏT-in rolu artmalıdır. Bu sahədə ATƏT-in yerlərdəki ofislərinin fəallığının artması vacib olacaq".

Trend-in məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü sessiyasının açılış mərasimində çıxışı zamanı ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə prezidenti və xarici işlər naziri Didye Burkhalter deyib.

D.Burkhalter çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlət başçıları səviyyəsində danışıqların bərpa olunmasını alqışladıqlarını, vətəndaş cəmiyyəti təmsilçilərinin prosesdə iştirakını dəstəklədiklərini bildirib.

O, həmçinin qeyd edib ki, ATƏT-i gücləndirmək üçün Helsinki Yekun Aktının prinsiplərinə əməl edilməsi zəruridir.

ATƏT-in fəaliyyətdə olan sədri Avropa İttifaqının Ukrayna, Gürcüstan və Moldova ilə assosiasiya sazişi imzalaması yönündə fəaliyyəti dəstəklədiyini vurğulayıb: "Biz gələcək nəsillərin təhlükəsizliyinə nail olmalıyıq. Bunun üçün Qərblə Şərqin ayrılmamasına çalışmalıyıq".

Onun sözlərinə görə, müşahidəçilərin səyləri Ukrayna böhranının aradan qaldırılmasına yönəlib: "Sərhədlərin bölünməzliyi, təhlükəsizlik, insan hüquqları ATƏT üçün prioritetdir. ATƏT Ukrayna böhranında bir tərəf deyil, əsas tərəfləri bir araya gətirir ki, müzakirə aparsınlar. Hazırda qütbləşmə var, ATƏT isə Avropa təhlükəsizliyində bir körpüdür".

D.Burkhalter ATƏT-in monitorinq missiyasının Ukraynada 57 üzv dövlətin razılığı ilə təşkil edildiyini bildirib: "ATƏT Ukraynada böhranın nəzarət altına alınmasında çox mühüm rol oynayıb. Münaqişə olan yerdə şəffaflıq çox vacibdir, müəyyən çıxışlar gərginliyin artmasına gətirib çıxara bilər. Ukrayna Prezidentinin atəşkəsi uzatmaq barədə qərarını alqışlayıram. Məsələnin sülh yolu ilə həllinə nail olmaq lazımdır. Böhran Ukraynanın qəlbinə nüfuz edib, insanların həyatına dağıdıcı təsir göstərib. İnsan hüquqlarının kobud surətdə pozulmasına səbəb olanları cəzalandırmaq lazımdır. Ancaq ilk növbədə sülh bərqərar edilməlidir".

D.Burkhalter hazırkı dövrün ATƏT üçün çox həssas olduğunu vurğulayıb: "Ukraynada gərginliyin azaldılmasında ATƏT-in rolu artacaq. İştirakçı dövlətlər birgə fəaliyyət göstərməlidir. Çünki dövlətlərin mövqeyində fərqlər var. Hər halda inam və etibarın az olması nəticəsində belə böhran yaranıb. Səylərimizi davam etdirməliyik ki, Ukrayna böhranı həll olunsun".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm