İqtisadi gündəm
Ranko Krivokapiç: "Bütün dondurulmuş münaqişələrin həllinə eyni prinsiplə yanaşırıq"
ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən yay sessiyası çox yüksək səviyyədə təşkil olunub. Bu barədə Trend-ə eksklüziv müsahibəsində ATƏT PA-nın prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç deyib.
R.Krivokapiç bildirib: "Mən bilirdim ki, sessiya
yüksək səviyyədə təşkil olunacaq və ona görə də bu sessiyanın
Azərbaycanda keçirilməsinə təkid etdim".
ATƏT PA-nın prezidenti əlavə edib ki, Azərbaycan yalnız yüksək
təşkilatçılıq deyil, eyni zamanda böyük qonaqpərvərlik nümayiş
etdirir.
Onun sözlərinə görə, dünyanın ən böyük parlament assambleyası olan
ATƏT PA-ya bu cür yüksək səviyyədə ev sahibliyi etmək, əlbəttə,
Azərbaycanın uğuru və inkişafıdır: "Yəni sessiya mühüm siyasi
tədbir olmaqla yanaşı, eyni zamanda, keçirildiyi ölkənin
inkişafının göstəricisidir".
Azərbaycanın ATƏT PA-dakı rolunu yüksək qiymətləndirən P.Krivokapiç
bildirib ki, ölkənin çox aktiv nümayəndə heyəti var.
ATƏT PA-nın prezidenti hesab edir ki, bu sessiya yaxşı nəticələr
verəcək: "Yəni səmərəli müzakirələr keçiriləcək, ATƏT-in
səmərəliliyini artırmaq üçün düzgün qərarlar qəbul ediləcək".
ATƏT regionunda münaqişələrin həllinə gəlincə isə R.Krivokapiç bütün dondurulmuş münaqişələrin həllinə eyni prinsiplə yanaşdığını qeyd edib və bildirib ki, ATƏT istər Dağlıq Qarabağ münaqişəsinin, istərsə də digər münaqişələrin sülh və danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır.
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR