ABŞ neft ixracına qərar verdi
Bizi izləyin

İqtisadi gündəm

ABŞ neft ixracına qərar verdi

Barak Obama hökuməti 40 il sonra yenidən xam neft ixracına qərar verib.

Publika.Az xarici mətbuata istinadən bildirir ki, Amerika Ticarət Nazirliyi Pioneer Natural Resources Co. ve Enterprise Products Partners LP-yə neft təchizatı ilə bağlı icazə imzalayıb. Deyilənə görə, istifadəçilər bu xam nefti benzin, reaktiv yanacağı və ya dizelə çevirə biləcəklər.

İki şirkətin nə qədər ixrac reallaşdıracağı isə hələ dəqiqləşdirilməyib. Ancaq daşınmanın avqustda kiçik ölçü ilə başlaması gözlənilir. 2015-ci ildən etibarən gündəlik ixracın 700 min barelə çatdırılacağı deyilir.

Yeri gəlmişkən, ölkədə neft ixracatının önünün açılmasından sonra ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının ardından dünyanın ən böyük neft ixracatçısı mövqeyinə gələcək.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm