Ukrayna Qərbi Avropadan qaz idxal edir
Bizi izləyin

İqtisadi gündəm

Ukrayna Qərbi Avropadan qaz idxal edir

“Naftoqaz”a Avropa qazını 1000 kubmetr üçün 365-370 dollardan almaq sərf edir”.

Publika.az-ın məlumatına görə, bunu “Naftoqaz”ın rəhbəri Andrey Kobolev bildirib. Onu da qeyd edək ki, bir qədər əvvəl Ukrayna Rusiya qazının 1000 kubmetrini 326 dollardan baha almayacağını, hətta 1000 kubmetr üçün 286 dollar ödəyəcəyini israr edirdi.

Xatırladaq ki, Rusiyadan Ukraynaya iyunun 16-dan qaz idxalı dayandırılıb. Hələlik ölkə qaz təminatını Qərbi Avropa vasitəsiylə ödəyir. Konkret olaraq, iyun ayında Ukrayna Qərbi Avropadan 315,8 milyon kubmetr mavi qaz alıb. Polşadan qaz idxalı iyunda 116,122 milyon kubmetr, mayda 127,553 milyon kubmetr təşkil edib. Macarıstandan idxal müvafiq olaraq 199,725 milyon kubmetr və 42,316 milyon kubmetr olub. Bu arada Ukrayna Polşadan aprelin 15-dən, Macarıstandan isə mayın 20-dən qaz idxal edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm