Girovlarla ikinci görüş
Bizi izləyin

İqtisadi gündəm

Girovlarla ikinci görüş

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılara 2-ci dəfə baş çəkib.

ANS PRESS-in məlumatına görə bu haqda informasiyanı BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova yayıb.

Onun sözlərinə görə, saxlanılan şəxslərə ailə məlumatları çatdırılıb və onlardan ailələrinə çatdırılması üçün məlumat alınıb.

Qeyd edək ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

Həsən Həsənovun Dağlıq Qarabağda dəfn edildiyi deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm