• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Cəbhədə atışma davam edir

Cəbhədə atışma davam edir

Tərtərin cəbhəyanı kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

ANS PRESS-in cəbhəyanı kəndlərə könüllü yollanmış jurnalistlərdən aldığı məlumata görə, gecə ərzində Ermənistan ordusu cəbhənin Tərtər istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini müəyyən fasilələrlə atəşə tutub.

Erməni hərbçiləri həmçinin, işğal altında olan ərazilərimizdən üzbəüz mövqedə yerləşən rayonun Qapanlı kəndini iri və yüngül atıcı silahlardan atəşə tutub. Saat 03:00 radələrində pulemyotlardan açılan atəşlər artsa da, hazırda kənddə nisbi sakitlik olduğu bildirilir.

Milli Ordumuz qarşı tərəfə adekvat cavab verməkdədir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR