“Raket videosu” saxta çıxdı (VİDEO, FOTO)
Bizi izləyin

İqtisadi gündəm

“Raket videosu” saxta çıxdı (VİDEO, FOTO)

Son günlərdə cəbhə xəttində baş verən gərginlik bəzi kütləvi informasiya vasitələrinin hadisələrdən sui-istifadəsinə səbəb olub.

ANS PRESS-in məlumatına görə, “Azərbaycan Erməniləri raket atəşinə tutdu - Şok görüntülər” adı altında yayılan xəbərinin dezinformasiya olduğu üzə çıxıb. Yalnız sayta baxışı artırmaq və ya kiminsə qabına su tökmək naminə yayılan bu tip dezinformasiyaların nə dərəcədə Azərbaycan maraqlarına xidmət etməsi şübhə altındadır.

Bir neçə saat öncə sosial şəbəkələri lərzəyə gətirən xəbərin videosu 2013-cü ilin avqustun 12-də “Youtube” portalına “avqustun 7-dən 8-nə keçən gecə Sxinvaliyə Qrad atışı” (Грады по Цхинвалу с 7 на 8 августа) adı ilə yerləşdirilənlə eynidir.

ANS PRESS hər iki videonu təqdim edərək xəbərləri daha ciddi agentliklərin saytından izləməyi vətəndaşlara tövsiyyə edir.






Oxumağa davam et
Reklam
Reklam

Gündəm