İqtisadi gündəm
Müdafiə Nazirliyindən son cəbhə xəbəri
Erməni silahlı birləşmələri tərəfindən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən
məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində
atəşkəs rejimi ümumilikdə 190 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan
Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə,
Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz
rayonunun Muncuqlu, Koxanəbi, Ağdam və Əlibəyli kəndlərində,
Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cil
kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Noyemberyan rayonunun Barekamavan, Şavarşavan, Dovex və Voskevan,
İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Vozaşen,
Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax
rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Fərəhli, Kəmərli,
Quşçuayrım, Qaymaqlı, Məzəm, Qızılhacılı və Ağstafa rayonunun
Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz
qalıb.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Qaraqaşlı, Şıxlar,
Baş Qərvənd, Sarıcalı, Kəngərli, Nəmirli, Füzuli rayonunun Horadiz,
Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı
Əbdürrəhmanlı, Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Göyarx,
Seysulan, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Xocavənd
rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri
yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə
tutulub.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT