İqtisadi gündəm
Atəş altında olan Qapanlı toya hazırlaşır
Tərtər rayonunun təmas xəttinin yaxınlığında yerləşən Qapanlı
kəndinin əhalisinin kəndi tərk etməsi barədə sosial şəbəkələrdə və
bəzi saytlarda yayılan xəbərlər həqiqəti əks etdirmir.
Dünən gecə Rayon İcra Hakimiyyətinin başçısı kənddə olub, əhali ilə
görüşüb.
Bu gün isə ərazisinin müdafiəsinə məsul olan hərbi hissənin
komandir müavini Zaur Rüstəmov kənd sakinləri ilə
görüşüb. Z. Rüstəmov deyib ki, əvvəlki günlərə nisbətən ötən gecə
sakit keçib. Ötən gecə ciddi gərginlik və düşmənin
diversiya-təxribat həmlələrinin qeydə alınmadığını söyləyən Z.
Rüstəmov bunu əvvəlki günlər ərzində hücum cəhdlərinin qarşısı
alınarkən düşmənin çoxsaylı itki verməsi ilə əlaqələndirib. O,
əhalini təşvişə düşməməyə, təxribatçı, yalan məlumatlara uymamağa
çağırıb, hərbçilərimizin onların keşiyində ayıq-sayıq
dayandıqlarını, vəzifə borclarını layiqincə yerinə yetirdiklərini
vurğulayıb.
Qapanlı kənd bələdiyyənin sədri Lətif Həmidov
bildirib ki, son günlər Qapanlı istiqamətində gərginlik artsa da,
heç kim kəndi tərk etməyib: “Düşmənin postlarımızı, kəndi, əhalini
atəşə tutması halları son günlər artsa da, əsgərlərimiz cavab atəşi
erməniləri susdurub. Kəndi heç kim tərk etməyib. Hətta toya
hazırlaşırıq. Bu günlərdə kənddə iki toy olacaq”.
Bələdiyyə sədri Qapanlı kəndinin adi həyatına davam etdiyini də sözlərinə əlavə edib. /milli.az/
-
MDB23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin122:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Magazin122:12
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm” - FOTO
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."