• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rus politoloq: “Qarabağ konflikti bütün dünya üçün təhlükədir”

Rus politoloq: “Qarabağ konflikti bütün dünya üçün təhlükədir”

Kiyev və Bakıya yatırım edən Qərb bölgədə dağıdıcı prosesləri gücləndirə bilər”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Stanislav Tarasov çıxış edib.

O, bölgədəki konfliktin böyük fəlakətə gətirib çıxaracağını bildirib:

“Qafqazda bu proses Yaxın Şərqdə olduğu kimi reallaşacaq. Son günlər məhz Qarabağ konflikti zəminində baş verən toqquşmalarda sistemlilik onu göstərir ki, sonda dramatik xarakter daşıyan nəsə ola bilər. Buna müxtəlif xarici qüvvələrin təsiri də güclüdür. O isə nəticədə gətirib böyük fəlakətə çıxara bilər. Bu dəqiqə əsas olan Ermənistan-Azərbaycan qarşıdurmasının hər hansı insidentlə qaynar fazaya keçməməsidir. Ukraynada olduğu kimi Azərbaycanda da “məxməri ssenari” təkrarlanmayacaq. Qlobal təhlükəsizlik əsas təhlükə olacaq konfliktlər sırasında məhz Gürcüstan, Dnesteryanı və Dağlıq Qarabağdakı dondurulmuş münaqişələr dayanır. Hər hansı üçüncü tərəfin müdaxiləsi ilə onun qızışdırılması Qərblə Rusiya arasında münasibətlərin istəmədən daha da dərinləşməsinə səbəb olacaq”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR